AZ

Astarada su anbarında boğulan yeniyetmənin ölümünün təfərrüatları məlum oldu

ASTARA, 4 iyul. TELEQRAF

Astarada su anbarında boğulan 15 yaşlı yeniyetmənin ölümünün təfərrüatları məlum olub.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Astaranın Ojakəran kənd sakini, 15 yaşlı Murad Rahim oğlu Ağazadə Lovain su anbarının qadağan olunmuş ərazisinə daxil olub və nəticədə faciəvi hadisə baş verib.

Mərhumun qohumu Tural Kazımov bildirib ki, həmin ərazi əvvəllər nəzarətdə olub:

“Ora qadağan olunmuş ərazidir. Əvvəllər orada nəzarətçilər də var idi. İndi isə bu barədə məlumatım yoxdur. Ora çox təhlükəli və sürüşkəndir,” – o qeyd edib.

Xatırladaq ki, 15 yaşlı Murad Ağazadə ehtiyatsızlıq nəticəsində su anbarına düşərək boğulub.

Seçilən
5
34
teleqraf.com

10Mənbələr