ASTARA, 4 iyul. TELEQRAF
Astarada ağacdan yıxılan kişi ölüb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Astaranın Ovala kəndində baş verib. Ağ Körpü kənd sakini, 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev budama işi aparmaq üçün qonşu kəndə gedib. Təxminən 40 metr hündürlüyündə olan ağacın 30-35 metrliyində budayarkən tarazlığı itirərək yıxılıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Qeyd edək ki, Surxay Abdullayev günəmuzd fəhlə kimi çalışırdı.
Faktla bağlı araşdırma aparılır.