İspaniyanın "Atletiko Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi "Vilyarreal"ın yarımmüdafiəçisi Aleks Baenanı transfer edib.
Madrid klubu 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
İspaniya millisinin üzvünün transferi "Atletiko"ya 45 milyon avroya başa gəlib. "Vilyarreal" bu keçiddən əlavə 5 milyon avro bonus da qazana bilər.
Baena ötən mövsüm sol cinahda əsasən vinger kimi çıxış edib və ümumilikdə 33 oyunda 7 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.