“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Atletiko”dan Rodriqo Rikelmeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Atletiko”nun yetirməsi olan Rikelme 2020-ci ildən əsas komandada çıxış edirdi. O, müxtəlif vaxtlarda “Jirona”, “Mirandes”, “Bornmut” klublarında icarədə olub.