"Betis" klubu "Atletiko"dan Rodriqo Rikelmeni transfer edib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
R. Rikelme 10 yaşından bəri "Atletiko"da çıxış edirdi. O, əsas komandada 75 oyuna çıxıb və 5 qol vurub.
Razılaşmaya əsasən Madrid təmsilçisi gələcəkdə onu geri satınalma hüququna sahibdir.