EN

Microsoft işçilərinin təxminən 4%-i ixtisar olunacaq

Microsoft korporasiyası bu il ikinci dəfə olmaqla 9 min əməkdaşını ixtisar edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Şirkət nümayəndəsinin bildirdiyinə görə, bu dəyişikliklər “şirkətin bazarda daha yaxşı mövqe tutması üçün zəruridir”. O qeyd edib ki, ixtisarlar şirkətin ümumi işçi sayının 4%-dən azını əhatə edəcək, lakin bütün komandalar və regionlar təsirlənəcək.

2 iyulda Microsoft növbəti kütləvi ixtisar dalğasını təsdiqləyib. Bu ixtisarlar 9100 əməkdaşa qədər olacaq ki, bu da şirkətin ümumi heyətinin təxminən 4%-i deməkdir. Ən ciddi ixtisarlar Microsoft Gaming bölməsində — Xbox və Activision Blizzard komandalarında baş verəcək.

Chosen
31
25
nocomment.az

10Sources