AZ

Microsoft 9 minədək əməkdaşını ixtisar edir

BAKI, 4 iyul. TELEQRAF

"Microsoft" şirkəti son aylar ərzində ikinci dəfə kütləvi ixtisara gedərək təxminən 9 min əməkdaşını işdən azad edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu, şirkətin qlobal işçi qüvvəsinin 4 faizindən azını əhatə edir.

İxtisarlarla bağlı bildirişlərə iyulun 2-dən başlanılıb və bu qərar “Xbox” videooyun bölməsi də daxil olmaqla bir sıra digər sahələri əhatə edib. Vaşinqton ştatının rəsmilərinə göndərilən bildirişə əsasən, Redmond şəhərində yerləşən baş ofislə əlaqəli 830 nəfər əməkdaş da işdən azad olunanlar sırasındadır.

“Microsoft”dan bildirilib ki, bu ixtisarlar dinamik bazar şəraitində uğur qazanmaq üçün vacib olan struktur dəyişiklikləri çərçivəsində həyata keçirilir və dünyanın müxtəlif ölkələrindəki bir neçə komandanı, o cümlədən satış bölməsini əhatə edəcək.

Qeyd edək ki, 2024-cü ilin iyununa olan məlumata əsasən, “Microsoft”un 228 min tam ştatlı əməkdaşı var. Bu ixtisarlar həmin işçi qüvvəsinin təxminən 4 faizini təşkil edir. Bu il Microsoft artıq azı üç dəfə ixtisar həyata keçirib və yeni işə qəbulun ixtisarların miqyasını kompensasiya edib-etmədiyi dəqiq məlum deyil.

Bu il şirkətin ən böyük ixtisarı may ayında olub – həmin vaxt “Microsoft” təxminən 6 min əməkdaşı işdən çıxarmışdı ki, bu da qlobal işçi qüvvəsinin 3 faizi demək idi. Bu, son iki ildə şirkət tarixindəki ən genişmiqyaslı ixtisar hesab olunurdu.

Seçilən
3
25
teleqraf.com

10Mənbələr