AZ

Microsoft kütləvi işdən çıxarmaya hazırlaşır

BAKI, TurkicWorld

Microsoft 9 min nəfəri işdən çıxarmağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, “Microsoft” şirkəti qlobal işçi heyətinin təxminən 4 faizini — yəni 9 min nəfəri ixtisar edəcəyini açıqlayıb.

Şirkət bu qərarı strateji ehtiyaclara uyğunlaşmaq və səmərəliliyi artırmaq məqsədilə verdiyini bildirib.

Microsoft-un bəyanatında idarəetmə səviyyələrinin azaldılması, proses və məhsul təkrarlanmalarının ləğvi, həmçinin iş bölgüsünün daha çevik və sadə hala gətirilməsi planlaşdırıldığı vurğulanıb. Bu dəyişikliklərin “şirkətin gələcək uğurları üçün zəruri” olduğu qeyd olunub.

Şirkətin sözçüsü bildirib ki, məqsəd dinamik bazar şəraitinə uyğunlaşmaq və komandaları strateji şəkildə daha uyğun mövqelərə yerləşdirməkdir.

Qeyd edək ki, texnologiya sektorunda ixtisarlar son dövrlər sürətlə artıb. Bir çox texnoloji şirkət süni intellekt sahəsindəki sərmayələri artıraraq, insan resurslarını optimallaşdırmağa çalışır.

Seçilən
8
25
turkic.world

10Mənbələr