EN

İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"

"İranın nüvə sənayesini bombardmanla məhv etmək mümkün deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami dövlət televiziyasına  müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə sənayesi milli sənayedir: "Onun tərəqqisi qətiyyətlə və fasiləsiz olaraq davam edəcək. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".

Təşkilat sədri ABŞ-ın İranın nüvə obyektlərinə thücumunu isə "barbarlıq" sayıb: "Bu, cəngəllik qanununun dünyada işlədiyini göstərir. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
44
50
mia.az

10Sources