EN

Litva Ukraynaya silah tədarükü ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparacaq

Litva ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Ukraynaya silah tədarükünün dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Kastutis Budris deyib.

Budris bildirib ki, hazırda Litva ABŞ-dan Kiyevə əlavə hərbi yardım göstərilməsinə dair heç bir siqnal almayıb.

“Ola bilsin ki, bu gün göstərilən dəstək çox vacibdir və biz ABŞ ilə hava hücumundan müdafiə sistemləri, raket PVO kompleksləri və Ukraynaya həqiqətən lazım olan digər resurslar üzrə danışıqları davam etdirəcəyik,” – deyə Budris qeyd edib.

Chosen
23
32
nocomment.az

10Sources