EN

ABŞ-da çinli ovu

Ədliyyə Departamenti dünən iki Çin vətəndaşının casusluq və Çin kəşfiyyatı üçün ABŞ Hərbi Dəniz Qüvvələri personalını işə götürməkdə ittiham olunaraq həbs edildiyini açıqlayıb.

Departamentdən verilən məlumata görə, 38 yaşlı Yuans Çen və 39 yaşlı Lern ​​Lai Çin hökuməti üçün casus olmaqda günahlandırılır və günahı sübuta yetirilərsə, 10 ilə qədər həbs cəzası gözləyir.

Departamentin məlumatına görə, Oreqon ştatının “Happy Valley” sakini Çen və aprel ayında turist vizası ilə Texas ştatının Hyuston şəhərinə gələn Lai iyulun 27-də FTB tərəfindən saxlanılıb.

İttihama görə, Çen və Lai ABŞ-da Çin Dövlət Təhlükəsizlik Nazirliyi adından bir sıra kəşfiyyat fəaliyyəti ilə məşğul olublar.

Məlumata görə, onların fəaliyyətinə nağd ödənişlər müqabilində ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məlumatlar əldə etmək və ABŞ Hərbi Dəniz Qüvvələri əməkdaşlarını Çin Dövlət Təhlükəsizliyi Nazirliyinə cəlb etməyə cəhdlər daxildir.

Baş prokuror Pamela Bondi, “Bu iş Çin hökumətinin ordumuza sızmaq və milli təhlükəsizliyimizi daxildən sarsıtmaq üçün davam edən və təcavüzkar səylərini sübut edir”, – deyib. Cinayət şikayətinə əsasən, ABŞ-da daimi yaşayan Lai Çen 2021-ci ildə Çin Dövlət Təhlükəsizlik Nazirliyində işləmək üçün işə götürülüb.

Chosen
17
26
vaxt.az

10Sources