EN

“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

"Beşiktaş"ın yeni mövsümdə heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

Bizim.Media xəbər verir ki, İstanbul klubu “Milan”dan Noa Okafora elçi düşüb.
 

“Ağ-qaralar”ın Nigeriya əsilli isveçrəli hücumçusu üçün danışıqlara başladığı da bildirilir. Transferlə bağlı yekun qərar İtaliya klubundan asılı olacaq. 2023-cü ildə Avstriya "Zalsburq"undan 15,5 milyon avroya alınan Okafor dəyərini 2,5 milyon avro itirib.


Qeyd edək ki, Noa ötən mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
17
50
bizim.media

10Sources