EN

Bali yaxınlığında bərə batdı: Onlarla turist itkin düşüb

İndoneziyanın Bali kurort adasında bərənin batması nəticəsində azı 61 nəfər itkin düşüb.
 
Moderator.az bu barədə CNA agentliyinə istinadən məlumat verir.
 
Xilasedicilərin məlumatına görə, gəmi gecə saatlarında İndoneziyanın əsas adası olan Yavadan istirahət yerinə gedərkən batıb.
 
Gəminin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvü olub. Bundan əlavə, bərədə 14 yük maşını da daxil olmaqla 22 minik avtomobili olub.
 
Son məlumata görə, hələlik ancaq dörd nəfəri xilas etmək mümkün olub.
 
 
Chosen
11
15
moderator.az

10Sources