EN

Rütte Larovu təhqir etdi | VİDEO

AzVision.az xəbər verir ki, bundan əvvəl Segey Lavrovun Şimali Atlantika Alyansının dağıla bilməsi ehtimalını açıqlayandan sonra Mark Rütte Amerikanın “Fox News” telekanalında Rusiya diplomatiyasının rəhbərinin ünvanına belə istehzalı ifadələr ilədib.

“Lavrov İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir, deyilmi? O vaxtdan bəri ağzından faydalı heç nə çıxmadı. Ona görə də gəlin Lavrova çox diqqət yetirməyək”, - NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, iyunun sonunda Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ liderlərinin yolu ilə getdiyini iddia edib.

- Putinin özü bir dəfə demişdi ki, Sovet İttifaqı silaha çox pul xərclədiyi üçün dağılıb. İndi özü də belə edir. Çox bahalı müharibə aparır və həmçinin bütün Qərbi müdafiə xərclərini artırmağa təhrik edir”,- Polşa XİN-in rəhbəri vurğulayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər nazirləri Şurasının iclasından sonra jurnalistlər Lavrovdan polşalı həmkarının bəyanatına münasibət bildirməyi xahiş ediblər.

“Bir halda ki, Sikorski qabağı görən falçıdırsa,NATO ölkələrinin büdcəsinin fəlakətli artması da, mənim fikrimcə, bu təşkilatın dağılmasına gətirib çıxaracaq”,- Sergey Lavrov deyib.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya 24” telekanalının efirində NATO ölkələrinin hərbi büdcələrinin ümumi həcminin hazırda Rusiyanın hərbi xərclərindən 10 dəfə çox olduğuna diqqət çəkib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
9
37
azvision.az

10Sources