EN

Millimiz EEVZA çempionatında 5 ci olub

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.

İdman.biz xəəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan çempionatda yerli komanda ilə yanaşı, Azərbaycan, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparıb.

Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı 5-ci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.

Qeyd edək ki, turnirdə ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
7
icma.az

9Sources