EN

WSJ: “Vaşinqton Kiyevə “sarsıdıcı zərbə” endirib” VİDEO

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal (WSJ)” nəşrində dərc olunan materialda ABŞ-nin hava hücumundan müdafiə (HHM) üçün sistemlərin tədarükünü dayandırması Ukraynaya təzyiqi artıracaq. “Yardımın dayandırılması qərarından əvvəl də Kiyev Rusiya texnologiyasına və qoşun sayına qarşı çətinliklə mübarizə aparırdı. Rusiya hərbçilərinin yerləşdirdiyi manevr qabiliyyətinə malik ballistik raketləri isə “tərifli Patriot HHM sistemi”nin radarlarından yayınmağa qadirdir”, - qəzet vurğulayır. Bundan əvvəl “Politico” nəşri Ukraynanın Amerika silahlarının əldə edilməsinə yanaşmasını dəyişdiyini, Vaşinqtondan onların Avropa ölkələri vasitəsilə alınması üçün icazə istədiyini yazmışdı. Bu strategiyanın bir hissəsi kimi bəzi Avropa hökumətləri sonradan Ukraynaya təhvil vermək üçün öz hərbi büdcələrindən istifadə edərək Amerika silahlarının alınması variantlarını öyrənirlər. Xatırladaq ki, iyulun 2-də Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
16
azvision.az

10Sources