NATO 2025-ci ildə Kiyevi 50 milyard avrodan çox dəyərində silahla təmin etməyi gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.
“Növbəti altı ay üçün [Ukraynaya silah tədarükünün] trayektoriyası artıq keçənilki trayektoriyanı qabaqlayır, ilin sonuna kimi 50 milyard avro həddinə çatdıq”, o, NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Ruttenin sözlərinə görə, Kiyevə dəstək proqramına təkcə silah təchizatı deyil, həm də ukraynalı hərbçilərin təlimi daxil olacaq.
NATO sammitinin yekun bəyanatında Kiyevə hərbi təchizatla bağlı bənd var, lakin Ukraynanın alyansa qoşulması ehtimalından bəhs edilmir.