EN

Hindistanda fəlakət: 51 ölü, 100 yaralı

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson mövsümünün başlamasından sonra yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Son bir həftə ərzində ştatın 12 rayonu güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib. 22 nəfər itkin düşüb.

TASS xəbər verir ki, ştatda 400-dən çox yol bağlanıb, evlərə, körpülərə, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Hindistan Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib ki, bu da yaxın gələcəkdə bölgədə təhlükəli hava şəraitinin gözlənildiyini bildirir. Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa çağırır.

Chosen
11
16
bakivaxti.az

10Sources