Hindistanın Himaçal Pradeş əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 69-a yüksəlib.
Yeni Dehli mərkəzli NDTV-nin xəbərinə görə, ölkənin şimalında yerləşən Himaçal Pradeş əyaləti 20 iyun tarixindən etibarən musson yağışlarının təsiri altındadır.
Güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrində 20 iyun – 3 iyul tarixləri arasında ölənlərin sayı 69-a, yaralıların sayı isə 110-a çatıb.
Əyalətin müxtəlif bölgələrində təxminən 250 yol bağlanıb və 37 nəfəri axtarmaq üçün xilasetmə əməliyyatları davam edir.
Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda güclü yağışların 7 iyul tarixinədək davam edəcəyi gözlənildiyini bildirib.
Times of India-nın məlumatına görə, əyalət üzrə yağışların səbəb olduğu ziyanın dəyəri təxminən 46 milyon dollar təşkil edir.
Himaçal Pradeş əyalət baş naziri Suxvinder Sinq Suxu isə açıqlamasında yağışların infrastruktur layihələrinə zərər vurduğunu və bəzi bölgələrdə elektrik enerjisi kəsintilərinin baş verdiyini bildirib.
Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları əsasən Hindistan da daxil olmaqla hər il böyük miqyaslı təbii fəlakətlərə və qəzalarına səbəb olur.