AZ

Hindistanda daşqınlar: Ölənlərin sayı 69-a çatdı

Hindistanda

Hindistanın Himaçal Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 69-a yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, Yeni Dehlidə yerləşən NDTV-nin xəbərinə görə, ölkənin şimalında yerləşən Himaçal Pradeş ştatı 20 iyun tarixindən bəri musson yağışlarının təsiri altındadır.

20 iyun–3 iyul tarixləri arasında güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 69-a, yaralananların sayı isə 110-a çatıb.

Ştatda təxminən 250 yolun bağlandığı bildirilir və müxtəlif bölgələrdə 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda, güclü yağışların 7 iyula qədər davam edəcəyini bildirib.

Times of India qəzetinin xəbərinə görə, ştat miqyasında yağıntılar nəticəsində 46 milyon dollar dəyərində zərər meydana gəldiyi təxmin edilir.

Himaçal Pradeş Ştatının Baş naziri Sukhvinder Singh Sukhu, verdiyi açıqlamada yağışlar səbəbilə infrastruktur layihələrinin ziyan gördüyünü və bəzi bölgələrdə elektrik kəsintilərinin yaşandığını qeyd edib.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Məryəm Quliyeva

Seçilən
3
17
xalqcebhesi.az

10Mənbələr