ain.az, Azxeber.com saytına istinadən bildirir.
Hindistanın şimalında yerləşən Himaçal Pradeş ştatında 20 iyun tarixindən etibarən təsirini göstərən musson yağışları nəticəsində baş verən sel və torpaq sürüşmələri 69 nəfərin həyatına son qoyub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Yeni Dehlidə yerləşən NDTV telekanalı məlumat yayıb.
20 iyun - 3 iyul tarixləri arasında qeydə alınan güclü yağışlar nəticəsində 110 nəfər xəsarət alıb. Eyalətin müxtəlif bölgələrində təqribən 250 yol bağlanıb və hazırda 37 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Hindistan Meteorologiya Departamenti (IMD) Himaçal Pradeş üçün xəbərdarlıq yayıb. Bildirilib ki, güclü yağışların 7 iyula qədər davam edəcəyi gözlənilir.
Yağışlar nəticəsində ştat üzrə ümumilikdə 46 milyon ABŞ dolları həcmində zərər dəyməsi ehtimal olunur.
Himaçal Pradeş ştatının baş naziri Sukhvinder Singh Sukhu bildirib ki, yağıntılar bir sıra infrastruktur layihələrinə ciddi zərər vurub, bəzi bölgələrdə elektrik enerjisi kəsilib.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları hər il Hindistan başda olmaqla bir çox ölkədə genişmiqyaslı təbii fəlakətlərə səbəb olur.
Oksana
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.