EN

Rza gedir, Kenan gəlir - “Neftçi”nin yeni qapıçısı Bakıdadı

“Neftçi” növbəti transferi reallaşdırmağa yaxındı. 30 yaşlı qolkiper Kenan Piriçi Bakıya gəlib. Hazırda klubsuz olan futbolçunun “Transfermarkt”dakı dəyəri 500 min avrodu.

Bu qapıçı Türkiyə futbolunun pərəstişkarlarına tanışdı. Belə ki, Bosniya və Hersoqovinadan olan kiper 2022-ci ilin yayından qışına qədər “Göztəpə”də, 2024/25 mövsümündə isə “Antalyaspor”da çıxış edib. 30 yaşlı qapıçı Türkiyə superliqasında ümumilikdə 34 oyuna çıxıb, 65 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb. Bosniya və Hersoqovina yığmasının heyətində 8 oyuna çıxıb. 192 sm boya malik qapıçı bir neçə gün sonra 31 yaşını tamamlayacaq.

Gələcək üçün hazırlanan komandaya bu qapıçı nə dərəcədə fayda verəcək - demək çətindi. Dəqiq olan məsələ budu ki, son mövsüm “ağ-qaralar”ın kapitan sarğısını daşıyan Rza Cəfərov artıq legioner həyatı yaşayacaq. Yığmanın əsas qapıçısı heç vaxt ehtiyat oyunçular skamyasında oturmağa razı olmaz. “Neftçi” də legioner qapıçını rotasiya üçün gətirməz.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
14
28
football-plus.az

10Sources