Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mövsümü titulsuz başa vuran "Neftçi" yay hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, iyulun 15-də Polşaya təlim-məşq toplanışına yollanacaq "ağ-qaralar" gündə bir çalışma ilə kifayətlənirlər.
Baş məşqçi Samir Abasov komandaya əvəzedici heyətdən bir neçə futbolçu cəlb edib ki, onlardan biri də qapıçı Nurəziz Əzizovdur.
Bu arada, Bakı təmsilçisi Bosniya və Heseqovinadan olan qolkiper Kenan Piriçin keçidini reallaşdırmağa yaxındır. Son klubu "Antalyaspor" olan, hazırda azad agent statusu daşıyan 30 yaşlı "çərçivə" qoruyucu ilə aparılan ilkin danışıqlar səmərəli alınmasa da, tərəflər razılaşmaq üzrədirlər.
Nihat
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.