EN

"Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri tarixi əhəmiyyətə malikdir" - Deputat

Bu gün Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq, regionun əsas aparıcı aktorlarından birinə çevrilib. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində də etibarlı tərəfdaş kimi tanınır. Müstəqil daxili və xarici siyasət kursu, regional təşəbbüsləri, sülh və əməkdaşlığa verdiyi töhfələr sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığının əsas qovşaqlarından birinə çevirib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyi, inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır.

Bu kontekstdə Azərbaycanla bir sıra dost ölkələr, xüsusilə də qardaş Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan ilə münasibətlərin daha da dərinləşməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyətə malikdir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir:

“Hər iki xalq türkdilli dünyaya mənsubdur və ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci ilin iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, eləcə də 2024-ci ilin avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqelər nümayiş etdirirlər”.

Chosen
19
50
aznews.az

10Sources