2025-ci il iyulun 1-də Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, iclas zamanı Agentliyin fəaliyyəti, strateji hədəfləri və qarşıdakı dövr üçün planlarla bağlı ətraflı təqdimatlar nümayiş etdirilib.
İclasda ARKA-nın 2025-ci ilin 2 may tarixinədək olan dövr üzrə fəaliyyəti ilə bağlı hesabat təqdim olunub. Marqarita pizza
Hesabatda yerli və beynəlxalq sahədə qurulmuş əməkdaşlıqlar, film layihələrinin dəstəklənməsi və kinematoqrafiya sahəsində həyata keçirilən islahatlarla bağlı görülmüş işlərə yer verilib.
Qeyd edək ki, tədbir çərçivəsində Agentlik tərəfindən növbəti dövr üçün əsas fəaliyyət istiqamətlərini əhatə edən təqdimatlar nümayiş etdirilib.
Telegram kanalımız