AZ

Məhkumlar arasında badminton yarışı keçirilib - Foto

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir. Bu istiqmətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.

5 iyul  - Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar. Oyunlarda qalib gələn məhkumlar medallar və hədiyyələr ilə mükafatlandırılıblar.

Seçilən
10
50
ucnoqta.az

10Mənbələr