Bakı.Trend:
"Kəpəz"in yay hazırlığı zamanı yoxlama oyunu keçirəcəyi ikifutbol klubunun adı məlum olub.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gəncə təmsilçisi iyunun 21-də "Qəbələ", iyunun26-da isə "Şamaxı" ilə qarşılaşacaq.
Hər iki oyunun Qəbələdə keçiriləcəyi bildirilib.