AZ

"Yuventus" baş məşqçisi ilə müqaviləni uzatdı

BAKI. 13 iyun. TELEQRAF

İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudorla müqaviləni uzadıb.

Teleqraf Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 30 iyun 2027-ci ilədək yeni anlaşma əldə olunub.

Sözləşmə sonradan daha bir uzadıla bilər.

Tudor komandaya martın sonlarında baş məşqçi təyin olunub. Klub iyunun 15-də ABŞ-da start götürəcək dünya çempionatına qatılacaq.

Qeyd edək ki, "Yuventus" 2024/2025 mövsümünü 4-cü pillədə başa vurub. Komanda 38 oyuna 70 xal toplayıb. 82 xal yığan "Napoli" çempion olub.

Seçilən
29
teleqraf.com

1Mənbələr