AZ

"Çelsi" "Milan"ın qapıçısını ala bilər

Fransa və "Milan"ın qapıçısı Mayk Maignan İngiltərə Premyer Liqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "GiveMeSport" portalı məlumat yayıb.

Məlumata görə, "Çelsi" klubu qapıçı ilə müqavilə bağlamaqda maraqlıdır.

“Təqaüdçülər” yay transfer pəncərəsi bağlanana qədər “rossoneri” ilə razılığa gəlmək niyyətindədir.

Maignanın bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Maykın Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Ötən mövsüm qapıçı 52 matçda iştirak edib.

Seçilən
83
10
operativmm.az

10Mənbələr