AZ

"Çelsi" "Milan"ın qapıçısı üçün yenidən danışıqlara başladı

"Çelsi" klubu "Milan*ın qapıçısı Mayk Menyanı transfer etməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın “GiveMeSport”a istinadən yaydığı xəbərə görə, "Çelsi" qapıçının transferinə maraqlıdır və yay transfer pəncərəsi bağlanmadan əvvəl "Milan"a razılaşma əldə etmək istəyir. London klubu artıq fransalı qolkiperin agenti ilə danışıqlara başlayıb.

Mayk Menyanın bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Milanla olan mövcud müqaviləsi isə 2026-cı ilin yayına qədər davam edir.

Keçən mövsümdə qapıçı 52 oyunda iştirak edib və bu oyunlardan 14-də qapısını toxunulmaz saxlayıb.

Seçilən
74
10
90deqiqe.az

10Mənbələr