Hurriyyet.az xəbər verir ki, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmaq istədiyini bəyan edib.
Bu barədə Ermənistan XİN məlumat verib.
Bundan əvvəl Pekin erməni tərəfinin ŞƏT çərçivəsində praktik əməkdaşlıqda daha fəal olmasının əhəmiyyətini dəfələrlə bəyan edib.
Ermənistan XİN-in açıqlamasında deyilir: " Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini bölüşərək, konkret olaraq - ərazi bütövlüyü, güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı prinspiplərini rəhbər tutaraq ŞƏT üzvü olmaq arzusunu ifadə edib".
Xatırladaq ki, ŞƏT-in əsası 2001-ci il iyunun 15-də qoyulub. Əvvəlcə onun tərkibinə altı ölkə – Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil olub. 2017-ci ildə Hindistan ilə Pakistan, 2023-cü ildə isə İran təşkilata qəbul edilib.
2015-ci ildə Ufada keçirilən ŞƏT sammitində Ermənistana tərəfdaş ölkə statusu verilməsi qərara alınıb. 2016-cı ildə ermənistan rəsmən ŞƏT dialoqu üzrə tərəfdaş olub. Hazırda təşkilatda müşahidəçi statusuna malikdir.
Hürr Tərcüman