AZ

Şərqin kölgəsində Qərbə baxış: Ermənistan indi də Çin səddi nə gedir?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq niyyətini açıqlayıb. İrəvan buna səbəb kimi ŞƏT-in əsas prinsiplərini - ərazi bütövlüyü, gücdən istifadə etməmə və sərhədlərin toxunulmazlığını əsas gətirib. Qeyd edək ki, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına "dialoq tərəfi" statusu ilə 2016‑cı ildə qoşulub. Hazırda müşahidəçi üzv statusundadır.

Bəs Ermənistanın təşkilata üzv olmaq istəyi hansı zərurətdən qaynaqlanır?

Ermənistan tarixən Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB) kimi hərbi-siyasi bloklarda olsa da, Nikol Paşinyan hökumətin başına keçəndən sonra bu münasibətlər zəifləyib. Moskva ilə münasibətlərin soyuması fonunda Qərblə yaxınlaşma və xüsusən də KTMT-yə inamın sarsılması Ermənistanı alternativ təhlükəsizlik və siyasi platformalar axtarmağa vadar edib.

ŞƏT isə mühüm güc mərkəzlərini özündə birləşdirir. Ermənistan bu platforma üzərindən həm yeni iqtisadi yollar axtarır, həm də Rusiya və Qərb arasında sıxışıb qalmaqdansa fayda əldə etməyə çalışır. Üstəlik, Azərbaycanla sülh əldə edilmədikcə İrəvan da düşdüyü böhrandan çıxmayacağını bilir. Azərbaycan ŞƏT-lə dialoq tərəfdaşıdır, Pakistan, Mərkəzi Asiya ölkələri və Çinlə mühüm əlaqələrə malikdir.

Fikrimi əsaslandırmaq üçün digər bir nümunə kimi ŞƏT-in nizamnaməsini qeyd etmək yerinə düşər. Belə ki, Ermənistan təşkilata üzv olsa, onun prinsipial sənədlərində ərazi bütövlüyü və suverenlik kimi bəndləri dəstəkləməli olacaq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi konstitusiya dəyişikliyini sürətləndirə bilər.

Digər tərəfdən, Çin, İran və Rusiya kimi ŞƏT üzvü olan ölkələrin Qərblə münasibətləri ürəkaçan deyil, hətta soyuq müharibə şəraitindədirlər. Hətta son olaraq ABŞ-İran müharibəsi timsalında bu müharibənin "istiləşdiyini" də gördük. Ermənistan isə Qərbə arxayın olduğu üçün Rusiyadan uzaqlaşıb, bu isə İrəvanın Aİ və ABŞ ilə yaxınlaşma planlarına ziddir. Yəni Ermənistanın ŞƏT-ə üzvlük arzusu həmişəki kimi regional və qlobal siyasət kontekstində çoxvektorlu siyasət yürütmək cəhdidir. Lakin üzvlük təkcə istəklə deyil, həm də siyasi uyğunlaşma ilə mümkündür.

Ermənistanın ŞƏT-ə üzvlüyünün Cənubi Qafqaza hansı təsirləri ola bilər?

Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına marağı alternativ platformalar axtarışı kimi dəyərləndirilə bilər. ŞƏT-də Rusiya ilə yanaşı, Çin, Pakistan və Mərkəzi Asiya ölkələrinin olması təşkilatı çoxtərəfli edir. Ermənistan ŞƏT-ə üzv olmaqla müəyyən prinsiplərə əməl etməli olacaq ki, bu da Azərbaycan üçün diplomatik fürsətlər yarada bilər.

Bu prinsiplər hansılardır?

Dövlətlərin suverenliyi və ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq və s. kimi əsas prinsiplər. Ermənistan bu prinsipləri qəbul etməklə Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə tanıyacaq. Bu həm də sülh prosesinə diplomatik zəmin yaradır. Ermənistanın ŞƏT-ə üzv olmaq niyyəti Rusiya təsirindən tədrici çıxışın aləti, Cənubi Qafqaz üçün yeni perspektivlərin olması ehtimalıdır. Lakin bu perspektivlərin reallaşması Ermənistanın qurumun prinsiplərinə səmimi və davamlı şəkildə sadiq qalmasından, Ermənistanın qeyri-konstruktiv addımlarından əl çəkməsindən, eləcə də Azərbaycanla münasibətlərini sülhə doğru irəlilətməsindən asılı olacaq.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
36
oxu.az

10Mənbələr