AZ

Ermənistan ŞƏT-ə üzv olmaq istəyir


Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq arzusunu ifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ermənistan Xarici İşlər Nazirliyinin “Telegram” kanalında öz əksini tapıb.
Bildirilib ki, respublika təşkilatın əsas prinsiplərini,  xüsusilə, ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipləri bölüşür.
İyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çinə səfəri çərçivəsində ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə görüşüb.
Ermənistan XİN bildirib ki, həmsöhbətlər ŞƏT-lə əməkdaşlıq məsələlərini müzakirə edib, qurulmuş fəal dialoqdan və artıq tərəfdaş ölkə statusunda qeydə alınan nəticələrdən qarşılıqlı məmnunluq ifadə ediblər.
Seçilən
27
36
yeniavaz.com

10Mənbələr