EN

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb. Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.

Chosen
15
19
apa.az

10Sources