EN

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilir

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilir.

APA xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Qərara əsasən, siyahıya Ağdam rayonunun Abdal kəndində yerləşən 1879-cu ilə aid məscid, Kəlbəcər rayonunun Qanlıkənd kəndində yerləşən IX-XIV əsrlərə aid monastır və Laçın rayonunun Bozlu kəndindəki IX-XI əsrlərə aid məbəd əlavə edilir.

Chosen
16
6
apa.az

7Sources