EN

Luqanskın keçmiş meri partlayışda həlak olub

Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub.

APA Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib.

Partlayış nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

İlkin məlumatlara görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.

İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Chosen
5
50
apa.az

10Sources