EN

Bu hallarda təcili yardım çağırmayın - İmtina oluna bilər


Gün ərzində təcili yardım üzrəicra olunan çağırışların sayı 2000-2500 civarında olur. Onların arasında kifayət qədər əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır.

"Medicina" xəbər verir ki, bu barədə TƏBİB rəsmisi Zamirə Ədilova Xəzər TV-nin “Xəbər ertəsi” verilişdə bildirib.

O, bəzi əsassız çağırışlardan imtinaoluna biləcəyini də deyib.


Qeyd edək ki, təcili yardım aşağıdakı hallarda çağırışlardan imtina edə bilər:


- Qan təzyiqinin yüngül dəyişməsi (hipertoniya, baş ağrısı və s.)
- Xroniki xəstəliklərin kəskinləşməsi olmayan halları (məsələn, şəkər, osteoxondroz)
- Soyuqdəymə, öskürək, qızdırmasız qrip simptomları
- Uzun müddətdir davam edən ağrılar (kəskin olmayan, həyat üçün təhlükə yaratmayan)

Tibbi nəqliyyat xidməti ilə əlaqəli hallarda:

- Xəstənin planlı olaraq bir tibb müəssisəsindən digərinə köçürülməsi
- Müalicə və müayinəyə aparılması (poliklinikaya, xəstəxanaya)
- Evə yazılma zamanı daşınma həyata keçirə bilməz.

Sosial və ya qeyri-tibbi səbəblərlə çağırış:

- Evdə təzyiq ölçdürmək, iynə vurdurmaq üçün
- Xəstənin tək olması, yaxınlarının olmaması
- Sərxoş şəxslərin səbəbsiz çağırışı.

MEDİCİNA.AZ



Chosen
18
1
medicina.az

2Sources