Beyləqanda yeniyetmə kanalda batıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.
Rayonun Eyvazalılar kənd sakini Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.
Axtarışa FHN-in Aran Dalğıc Axtarış qrupu cəlb edilib.
Faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, iyun ayının sonlarında Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.
İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti ötən gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ziya Əmirxanlı

