ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təbriz Vətəndaş Vəziyyətinin Qeydiyyatı Şöbəsinin əməkdaşları “Əlihan” adlı yeni doğulmuş körpəyə 50 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər.
Bu barədə Əlihanın atası Məhəmməd Rza Dehqani Balamın Adı kampaniyasına danışıb.
"Oğlumuz 2025-cü il mayın 14-də anadan olub və biz onun üçün Əlihan adını seçmişik, ancaq Təbriz Vətəndaşlıq Dairəsinin Eram şöbəsinin rəsmiləri bu adın Ad Seçim Sistemində olmadığını deyərək bizə doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildirdilər. Bi bu ada əvvəllər doğum haqqında şəhadətnamə verildiyini desək də onlar bunun yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirdilər. Biz də buna görə məhkəməyə şikayət etdik. Artıq 50 gündür ki, övladımızın nə doğum şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi yoxdur və biz bir çox problemlərlə üzləşmişik. Biz süd tozu payımızı ala bilmir və övladıma lazım olan tibbi qayğını təmin edə bilmirik." - deyə Məhəmməd Rza Dehqani bildirib.
Qeyd edək ki, “Əlihan” adı 2021-ci ildə Şərqi Azərbaycanda ən çox qoyulan 5 addan biri olub.
Gunaz.tv
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.