AZ

Portuqaliya vətəndaşlıq şərtlərini ağırlaşdırıb

BAKI, TurkicWorld

Portuqaliya hökuməti vətəndaşlıq və miqrasiya qanunlarında əhəmiyyətli dəyişikliklərə gedəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, yeni hüquqi tənzimləmələrə əsasən, əcnəbilərin vətəndaşlıq üçün müraciət edə bilməsi üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə yüksəldilir.

Portuqal dilində danışan ölkələrin vətəndaşları isə 7 il gözləməli olacaqlar.

Nazirlər Kabinetinin üzvü Antonio Leitao Amaro yeni qərarı təqdim edərkən bildirib ki, bu addım, Portuqaliya cəmiyyətinə “əsl mənəvi bağlılıq və real inteqrasiya” prinsipinə əsaslanır.

“Vətəndaşlığa keçid və naturalizasiya şərtlərini hökumət proqramımıza uyğun şəkildə ciddi şəkildə sərtləşdiririk” – deyə Amaro qeyd edib.

Yenilənmiş miqrasiya qaydalarına əsasən, qanuni mühacirlərin ailə üzvlərinə oturma icazəsi almaq üçün ən azı 2 il Portuqaliyada yaşaması tələb olunacaq.

Amaro həmçinin bildirib ki, ciddi cinayətlər törədən şəxslərin sonradan əldə etdiyi vətəndaşlıqlar ləğv oluna bilər.

Seçilən
41
13
turkic.world

10Mənbələr