EN

Arvadını ağacla döyüb özünü öldürdü

Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

Hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini, 52 yaşlı Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 47 yaşlı Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.///APA

Chosen
10
1
ucnoqta.az

10Sources