Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən “MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib
Finss.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətləri və ödəniş sistemləri fəaliyyətinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilib. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Fuad Mədətov
Finss.az