EN

Yasamalda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib - Yenilənib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb...

FHN-in Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarına quraşdırılan kondisioner əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Yasamal rayonunda beş mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Poliqon.info

Chosen
16
50
poliqon.info

10Sources