BAKI, 3 iyul. TELEQRAF
“Rusiya beş il ərzində NATO üçün birbaşa təhlükəyə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto deyib.
“Müttəfiqlər Rusiyadan artan təhlükə ilə bağlı narahatlıqları bölüşürlər”, - nazir bildirib.
Krozetto qeyd edib ki, Rusiyanın Ukraynadakı müharibəyə daxili dəstəyi dəyişməz qalıb. O vurğulayıb ki, Moskva genişmiqyaslı müharibə başlayandan bəri bir milyondan çox əsgər itirib, amma səfərbərlik tempi Kiyevə qarşı təcavüzünü davam etdirməyə imkan verir.