AZ

İtaliya müdafiə naziri: Rusiya beş ilə NATO üçün birbaşa təhlükəyə çevriləcək

“Rusiya beş il ərzində NATO üçün birbaşa təhlükəyə çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto deyib.

“Müttəfiqlər Rusiyadan artan təhlükə ilə bağlı narahatlıqları bölüşürlər”, - nazir bildirib.

Krozetto qeyd edib ki, Rusiyanın Ukraynadakı müharibəyə daxili dəstəyi dəyişməz qalıb. O vurğulayıb ki, Moskva genişmiqyaslı müharibə başlayandan bəri bir milyondan çox əsgər itirib, amma səfərbərlik tempi Kiyevə qarşı təcavüzünü davam etdirməyə imkan verir.
Seçilən
8
39
sherg.az

10Mənbələr