EN

Avropa Komissiyası Aİ ölkələrini Ukraynaya hərbi yardımı artırmağa çağırır

Avropa İttifaqı hesab edir ki, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması Aİ ölkələri üçün Kiyevə hərbi yardımın artırılmasının vacibliyinə dair siqnaldır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransında bildirib.  

“ABŞ-ın qərarı Aİ ölkələri üçün silah tədarükünün artırılmasının zəruriliyini göstərən aydın siqnaldır,” – deyə fon der Lyayen bəyan edib.

Bu kontekstdə o, Aİ ölkələrini Avropa Komissiyasının nəzarəti ilə Ukrayna üçün birlikdə silah almağa və hərbi kreditlər götürməyə çağırıb.

Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırmasını Ukrayna, Avropa və NATO üçün ciddi geriləmə adlandırıb.

Chosen
24
35
nocomment.az

10Sources