EN

“Sabah” yenə heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. “Sabah” ilk yoxlama matçında Rumıniyanın “Rapid” komandası ilə heç-heçə etmişdi – 2:2.

Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi “Selye” ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.

Chosen
10
8
msport.az

10Sources