Avstriyada təlim-məşq toplanışında olan “Sabah” futbol komandası bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.
Oyun məhsuldar alınıb. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, “bayquşlar” Avstriyadakı ilk yoxlama matçında Rumıniyanın “Rapid” komandası ilə heç-heçə etmişdilər – 2:2.
“Sabah” yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Bakı klubu Avroliqanın 1-ci təsnifat mərhələsində Sloveniya təmsilçisi “Çelye” ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.