EN

Almaniyada naməlum şəxs qatarda insanlara hücum etdi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyanın Bavariya əyalətində Vyana istiqamətində hərəkət edən sürət qatarında naməlum şəxs sərnişinlərə hücum edib.

Axar.az Almaniya mediasına istinadla xəbər verir ki, o, sərnişinlərə qarşı sərt predmetdən istifadə edib.

Beş yüzədək sərnişinin olduğu qatarda baş verən hücum nəticəsində dörd nəfər xəsarət alıb. Sərnişinlərin vaxtında müdaxiləsi nəticəsində hücumun qarşısını almaq mümkün olub. Onlar şübhəli şəxsi zərərsizləşdirməyi bacarıblar. Polis həmin şəxsin saxlanıldığını və hazırda xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Olayla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
23
axar.az

10Sources