AZ

Nalçikdə polis əməkdaşlarına hücum Ölən və yaralananlar var

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nalçikdə iki nəfər yol polisi əməkdaşlarına hücum edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı Nalçikin mərkəzində atışma səsləri eşidilib.

“Shot” teleqram kanalının məlumatına görə, polisə bıçaqla hücum edilib. Yol polisi əməkdaşlarından biri xəsarət alıb. TASS agentliyinin əməliyyat xidmətlərinə istinadən verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum edənlərdən biri saxlanılıb, biri isə öldürülüb. “Kommersant” xəbər verir ki, hücum edən iki nəfər olub və onlar terror təşkilatlarından birinin üzvü olub.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
50
yeniavaz.com

10Mənbələr